İşləyən qadınlara xoşbəxt olmaları üçün məsləhətlər
2.5.2013

Özünüzə və sağlamlığınıza diqqət edin!


Bütün günün stressini üzərinizdən atmaq üçün fasilə vermək vacibdir.Yaxşı qidalanmaq və nələr etdiyiniz də çox vacibdir. Sağlamlığına diqqət etməyənlərin stress səviyyəsi artır və bədəndə viruslarla mübarizə aparan hüceyrələr ölümə məhkum olur.
Qəhvə içmək yararlı olduğu qədər də zərərlidir. Normal qaydada içilən qəhvə diqqətinizi işə yönəldəcək və zamanın necə keçdiyini hiss etməyəcəksiniz.
Masa işi – Masa ətrafında işləmək təhlükə deməkdir. Çox oturmaq ürək xəstləikləri, şəkər xəstəliyi və kökəlmə riskini artırır. Hərdən qalxıb ayaqda gəzin.
İş vaxtından əlavə özünüz üçün plan qurun. Özünüzü motivasiya edin.
Bəzi vaxtlarda isə özünüzə daha çox vaxt ayırıb işə gec gələ bilərsiniz. Çox yorğun olduğunuz zamanlarda isə taksi ilə gəlməyə xəsislik etməyin.

Publika.Az