“Elm və təhsil” nəşriyyatında görkəmli Azərbaycan alimi, dünyanın bir çox ölkələrində - Türkiyə, İran, İtaliya, Almaniya və İngiltərədə elmi və pedaqoji fəaliyyətlə məşğul olmuş professor Turxan Gəncəyinin 1959-cu ildə Neapolda işləyərkən tərtib etdiyi “Şah İsmayıl Xətai divanının elmi-tənqidi mətni” kitabı çapdan çıxmışdır.
AMEA-nın mətbuat xidmətindən bildirilmişdir ki, kitabın tərtibçisi, filologiya elmləri doktoru Paşa Kərimov əsərə “Ön söz” yazmış, elmi-tənqidi mətnlə bərabər onun müasir əlifbadakı variantını da oxuculara təqdim etmişdir.
AzərTac