Qoç - Əsas hədəfləri iş sahəsi ilə bağlı olan Qoçlar üçün gün uğurlu olacaq. Bürcün belə nümayəndələri tez səfərbər ola və istəklərinə çata bilirlər. Yeni müttəfiqləriniz ehtiyat edirlər ki, qələbədən başgicəllənmə sizi qələbədə yardım edənləri unutmağa vadar edəcək. Əndişəni yox etməyə tələsin.
Şəxsi münasibətlərdə ciddi problemlər yarana bilər. Siz nəticə çıxarmaqda tələsmiş və yaxşı davranmamısınız. Bunun cavabını verməyin vaxtı çatıb. Lakin siz bütün sınaqlardan mənatətlə çıacaq, ruh yüksəkliyini və xarakterinizin möhkəmliyini qorumağı bacaracaqsınız.
Buğa - Həmkarlarınız və partnyorlarınızla qarşılıqlı anlaşmanın olmaması üzündən yaranan ciddi professional problemləri həll etməli olacaqsınız. Əgər fikrinizdən lbnməsəniz, güzəştlərə getmək və kompromis axtarmaq istəməsəniz, gələcək əməkdaşlığın məqsədəuyğunluğu məsələsi ortaya çıxa bilər. Ən inadkar Buğalar qorxulu işə girişirlər. Bununla belə, başa düşürlər ki, bu, işdən qovulmaqla nəticələnə bilər.
Yeni hisslər və xoş emosiyalar həvəsi ilə romantik macəra axtarışına çıxırsınız. Yeni tanışlıqlar ehtimalı yüksəkdir. Lakin çox güman ki, onlar həyatınızı bəzəmək əvəzinə, daha da çətinləşdirəcəklər.
Əkizlər - Maddi baxımdan pis gün deyil. Sərfəli sövdələşmə əldə etmək şansınız var. Hansısa borcludan pul almağınız mümkündür. Ağır hüquqi çəkişmələrdə olan Əkizlər müsbət məhkəmə qərarına ümid edə bilərlər. Məmurlar və bürokratlarla istədiyinizdən də çıx ünsiyyətə girməli olacaqsınız.
Günün emosional fonu stabil deyil: əhval-ruhiyyəniz tez-tez dəyişir və bunun səbəbləri yaxınlarınız üçün qaranlıqdır. Yaxınlarınız çaş-baş qalacaqlar.
Xərçəng - İşlə bağlı ən müxtəlif vəzifələrin həlli üçün münasib olan əlverişli gündür. Hətta, kifayət qədər təcrübə və biliyə malik deyilsinizsə, yalnız səy nəticəsində uğur qazanmaq olar. Müəyyən məqsəd əldə etməyə çalışmağınız ətrafdakılar tərəfindən hörmətlə qarşılanır, nüfuzlu şəxslər sizə yardım etməyə hazırdırlar. Bu gün ağlınıza gələn ideyaların reallaşdırmaqla yaxşı qazana bilərsiniz.
Vacib kütləvi tədbirdə iştirakınız və kifayət qədər diqqət cəlb etməyiniz mümkündür. Həmfikir tapmaq ehtimalı var. Sizdə romantik maraq yaradacaq insanla tanışlıq da istisna olunmur. Lakin bu münasibətlər çətin ki uzunmüddətli ola.
Şir - Gün işdə nailiyyətlər, çətin vəzifələrin uğurla sona çatdırılması, uzun müddətdir üzərində işlədiyiniz məsələnin həlli ilə əlamətdar olacaq. Yaxşı şərait yaranır. İndi sürəti azaltmamaq və irəliyə can atmağı davam etdirmək vacibdir. Birlikdə yeni üfüqlar aça biləcəyiniz adamlar özləri sizi axtaracaqdar və bu, müvəffəqiyyət şanslarınızı xeyli artıracaq.
Uğurlara baxmayaraq, özünüzü yaxşı hiss etməyəcəksiniz. Bu gün ümidsizliyə tez qapılırsınız, özünüza inamı itirirsiniz və emosional dəstəyə ehtiyac duyursunuz.
Qız - İşdə uğur, köhnə rəqib üzərində qələbə mümkündür. Siz əlverişli anı gözləyirdiniz və indi bu vəziyyətdən mümkün faydanı əldə etməyə çalışırsınız. İşi pulla, maliyyə axını ilə bağlı olan Qızlar yoxlamalara hazır olmalı və sənədləri ideal qaydaya salmalıdırlar.
Yaxın adamınız sizi xəyanət və xəlvəti zərbə ilə bərk məyus edə bilər. Sakitliyinizi qorumağınız asan olmayacaq. Yalnız soyuqqanlılıq və sağlam düşüncə vəziyyəti xilas edə bilər.
Tərəzi - Çox əlverişli və uğurlu gündür. O, istənilən planın həyata keçirilməsi üçün tam münasibdir. Planlar nə qədər cəsarətli olsa, o qədər yaxşıdır. Qeyri-standart qərarları asanlıqla qəbul edirsiniz və heç kim sizi işlək yola qaytarmağa cəhd etmir. Hamıya tamamilə aydındır ki, siz nə etdiyinizi bilirsiniz və sizin mübahisə etmək faydasızdır. Bu, gücünüzə qənaət etməyə imkan verəcək.
Gün iş və dostluq görüşləri üçün əlverişlidir. Bu görüşlər zamanı istənilən məsələni müzakirə etmək olar. Romantik görüşlərlə bağlı vəziyyət isə bir qədər pisdir. Belə görüşlərdə özünüzə nəzarət etməlisiniz ki, artıq heç ne deməyəsiniz.
Əqrəb - Kifayət qədər çətin gündür. Öz qərarsızlığınızın qurbanı olmaq riski qarşısındasınız. Hansısa problemi təkrar-təkrar düşünməklə, “hə” və “yox”u sonsuzluğa qədər götür-qoy etməklə vaxt itirir və nəsə etmək imkanını əldən verirsiniz. Bunun cəzası çox ağır ola bilər – maliyyə itkisindən tutmuş, böyük ümidlər bəslədiyimniz əməkdaşlığın dayandırılmasına qədər.
Şəxsi probelmlərsiz də keçinmək olmur. Sevudiyiniz şəxsin hisslərinin səmimiliyinə və dərinliyinə şübhə ilə yanaşmağınız, özünüzü nəzakətsiz suallardan və acı iradlardan saxlaya bilməməyiniz mümkündür.
Oxatan - İşlərinizdəki irəliləmə sevincinizə səbəb olacaq. Bunlar həm xırda və gündəlik, həm də böyük və vacib irəliləyişlərdir. Kimsə sizə qarşı gəlməyə cəhd edəcək. Lakin siz bu cəhdləri hiss etməyəcəksiniz. Üfüqdə hədəf varsa, Oxatanlar üçün istənilən maneə xırdalıq kimi görünəcək. Köhnə borcun qaytarılması və ya gözlənilməz mənbədən pul daxil olması mümkündür.
Lakin bu gün təkcə sevinc yox, həm də əsasən şəxsi həyatınızla bağlı olan təhlükələr də gətirəcək. Diqqətinizi həddindən artıq işə yönəltmisiniz və emosional bağlarınız olan aadmları unutmağa meyllisinih. Bu, incikliklər və başqa xoşagəlməzliklərə səbəb ola bilər.
Oğlaq - Zirəklik və üzüyolalıq nümayiş etdirsəniz, işdə böyük uğurlar əldə edə bilərsiniz. Bu gün Oğlaqlar istədieləri adamı öz partnyorlarına çevirməyə, istənilən əməkdaşlaqdan fayda əldə etməyə qadirdirlər. Ən müxtəlif adamlarla dil tapmaq bacarığı sizin güclü tərəfinizdir. Təqdirəlayiq mətanət göstərirsiniz və kimsə sizdən öz maraqları üçün istifadə etməyə çalışacaq. Manipulyasiyalara uymayın, istənilən hiyləni ifşa edin.
Şəxsi münasibətlərdə işlər o qədər də yaxşı deyil. Buna görə yalnız özünüzü günahlandırmalısınız. Məhz siz ətrafdakılar qarşısında yüksək tələblər qoyursunuz və kimsə bu tələblərə əməl etməyəndə inciyirsiniz.
Dolça - İşgüzar və ambisiyalı Dolçalar üçün çox uğurlu gündür. Onlar kiçik maneələrə məhəl qoymadan hədəfə doğru irəliləyirlər. Bu, ətrafdakılarda heyrət və hörmət yaradır. İnsanlar sizinlə əməkdaşlığa hazırdırlar.
Şəxsi həyatınızda isə işlər xeyli pisdir. Bu sahə mənfi tendensiyaların təsiri altındadır. Ciddi fikir ayrılıqları və kəskin münaqişələr mümkündür. Bir çox Dolçalara elə gələ bilər ki, vəziyyətdən yeganə çıxış yolu münasibətləri kəsməkdir.
Balıqlar - Əgər diqqətini işinizə yönəltsərinz və tənbəllik etməsəniz, heç də pis olmayan nəticələr əldə edə bilərsiniz. Ulduzlar işgüzar və enerjili Balıqlara rəqiblər üzərində qələbə, nüfuzlu və imkanlı şəxslərlə məhsuldar əməkdaşlığın başlanacağını vəd edirlər.
Sizi asan olmayan sınaq gözləyir: təsadüfi görüş qəlbinizdə güclü hisslər oyadacaq. Münasibətlərin inkişafın mümkün olub-olmadığını hələ bilmirsiniz, lakin indidən xəyallar qurur, ümidlərlə özünüzə təsəlli verirsiniz. Səbrli olmaq daha ağıllı variantdır.