Dünyanın ən yaxşı geyinən qadını seçildi
3.5.2013

Rockn roll cazibədarlığını ən yaxşı nümayiş etdirən qadın hansıdır?

"Glamour" jurnalı Kristen Stewartı ikinci dəfə ən yaxşı geyinən qadını seçib. Stewart, Emma Watson və Kate Middletonı geridə qoyub.

2 il ən yaxşı geyinən qadın
Şəxsi həyatında yaşadığı problemlərdən dolayı, gündəmdən düşməyən Kristen, stil ikonu adını heç kimə vermək istəmir. "Glamour" jurnalı onu artıq ikinci dəfədir ki, ən yaxşı geyinən qadın seçir. Həmçinin rockn roll stilini ən yaxşı əks etdirən qadın kimi qiymətləndirib.

Middleton
İkinci yerdə Emma Watson qeydə alınıb. 3-cü yerdə isə hamiləliyindən dolayı az-az görünən Middleton olub.

Publika.Az