Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov Dövlət Ermitajının direktoru Mixail Piotrovski ilə görüşmüşdür.
Baş konsulluqdan a bildirilmişdir ki, görüşdə Nizami Gəncəvinin 870 illik yubileyinin Dövlət Ermitajında təntənəli qeyd edilməsi ilə bağlı razılıq əldə olunmuşdur.
Q.Osmanov Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın Ermitajda saxlanılan Azərbaycan xalqının tarixi və mədəni irsini əks etdirən nadir eksponatların daimi fəaliyyət göstərən ilk sərgisinin yaradılması təşəbbüsünü M.Piorovskiyə çatdırmışdır. Məsələ müsbət həllini tapmışdır. Dövlət Ermitajı və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi arasında Ermitajda saxlanılan Azərbaycan eksponatlarının ilk daimi fəaliyyət göstərən sərgisinin yaradılması haqqında niyyət protokolunun imzalanması 2012-ci ilin yanvarında nəzərdə tutulmuşdur.