“Oskar”ın qaydaları dəyişdirildi
6.5.2013

Artıq “Oskar” mükafatı yeni qaydalar üzrə təqdim olunacaq.

Amerika Kino, İncəsənət və Elmlər Akademiyası nominant filmlər üzrə səsvermə qaydalarına əsaslı dəyişikliklərin edildiyini elan edib.

“Oskar” tarixində ilk dəfə olaraq akademiyanın bütün üzvləri 24 kateqoriya üzrə səsverməyə buraxılacaq.

Əvvəllər mükafatçıları gildiyalar üzrə seçirdilər. Yəni aktyor komissiyaları üzrə aktyorlar, operatorlara operatorlar və s. səs verirdilər. Növbəti 86-cı təqdimetmə mərasimi gələn il martın 2-də keçiriləcək.

Gün.Az