Gözəl görünmək üçün bu çayı için
6.5.2013

Sıx dəri üçün ağ çay için.

Vücudunuzun görünüşündən məmnun deyilsinizsə və daha gözəl dəriyə sahib olmaq istəyirsinizsə, ağ çay için. Bu arzunuzu ideal şəkildə həyata keçirəcək. Ağ çay digər çaylara nisbətən yüksək antioksidant təsiri ilə dərinin sıxlaşmasına və yenilənməsinə yardım edir. Həmçinin metabolizmanı gücləndirir və yağları əritməyə kömək edir.

Ağ çay yaşıl kimi qurutma və fermentasyon kimi üsullardan keçmədiyi üçün rəngində heç bir dəyişiklik baş vermir. Tərkibindəki yüksək antioksidant sayəsində xərçəng və digər xəstəliklərə qarşı mübarizə aparır.

Ağ çay dərini gözəlləşdirməklə yanaşı, təzyiqi və xolestrolu aşağı salır.

Dişlərində çürük problemi varsa, ağ çay bunu həll edə bilir. Gün ərzində bir fincan ağ çay gözəlləşmək üçün yetərlidir.

Ağ çay nədir?
Ağ çay təbii yollarla qurudulmuş çaydır. Ağ çayın əvvəlcə göbək yarpaqları ağarır, daha sonra isə yaşıl olur, sonda isə qaralır. Ağ çay az tapıldığına görə daha baha olur. Dəmləndiyi zaman rəngi sarımtıl olur.

Publika.Az