Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” MMC “Migom” - Beynəlxalq pul köçürmələri ödəniş sistemi ilə birgə Rusiya ilə Azərbaycan arasında tranzaksiya dəhlizinin və pul köçürmələri bazarında innovasiya proseslərinin inkişafı istiqamətində iş aparır.
Nazirlikdən bildirilmişdir ki, bu ilin sonunadək ölkədə fəaliyyət göstərən bütün poçt şöbələrində bu sistem tətbiq ediləcəkdir. “Migom” sisteminə ölkə üzrə 600-dən çox poçt şöbəsi qoşulmuşdur. “Migom” sistemi üzərindən pul köçürməsi 1 dəqiqə ərzində hesaba oturulur və bütün ölkələrə vahid tariflə xidmət göstərilir
AzərTAc