Bakıda bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.
V.Əsədov bildirib ki, Bakıda keçiriləcək Cənubi Qafqaz Forumuna gələn qonaqların qarşılanması və onların təhlükəsizliyini təmin etmək məqsədi ilə bu gün saat 16:30-dan forum bitənə qədər Yusif Səfərov, Üzeyir Hacıbəyov küçələri, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, "Azneft" dairəsi, Mərdəkan, Buzovna istiqamətində nəqliyyatın hərəkəti fasilələrlə məhdudlaşdırılacaq.
V.Əsədov, həmçinin bildirib ki, göstərilən istiqamətdə mümkün qədər nəqliyyat vasitələrindən az istifadə etmələri tövsiyə olunur.
Milli.Az