Şəlaləli otel-vulkan (Foto)
1.12.2011

Dünyada qeyri-adi otellər çoxdur. Sizə bu otellərdən biri haqqında məlumat vermək istərdik. Çilidə yerləşən “Montaña Mágica Lodge” otelinin binası vulkan şəklində, yerli daş və ağac materiallarından tikilmiş və təkcə hobbitlər üçün yox, eyni zamanda adi insanlar üçündə nəzərdə tutulmuşdur. Otelin çox qeyri-adi dizaynı bura gələn turistləri cəlb edir. Otelə getmək üçün yeganə yol bir asma körpüdən keçir. Belə bir qeyri-adi məkanda dincəlməyin qiyməti də heç də ucuz deyil. Belə ki, qiymətlər 200 $-dan başlayır. Sizə bu qeyri-adi otelin fotolarını təqdim edirik.