Populyar ingilis aktrisa Kira Naytli çox sadə toyla ərə gedib.
28 yaşlı aktrisanın musiqiçi nişanlısı Ceyms Riqtonla toyu Fransanın cənubundakı Marsel şəhərindən 20 km aralıdakı Mazan qəsəbəsində olub.
Nikah mərasimi Mazan bələdiyyəsində keçirilib.
Nikahda 11, toyda isə 50 qonaq vardı. LOOK jurnalının redaktoru Erika Devisin dediyinə görə, aktrisanın gəlinlik paltarı onun 2008-ci ildəki BAFTA mərasiminə geyindiyi dondan hazırlanmışdı.
Toyun qonaqları Marquis de Sade's Chateau de Mazan-a yığışmışdılar.
Bəylə gəlini nikahın rəsmiləşdirildiyi bələdiyyə binasından toya adi Renault Clio maşını aparıb.
Milli.Az