Qırğızıstanın yeni seçilmiş prezidenti Almazbek Atambayevin bu gün
andiçmə mərasimi olub. A. Atambayev Konstitusiyaya and içdikdən sonra
çıxış edərək ölkənin gələcəyi üçün əlindən gələni edəcəyini bildirib.
Prezident çıxışında bütün qırğız xalqını birləşərək ölkənin inkişafı,
əmin-amanlığı və ifahı uğrunda mübarizəyə çağırıb.
Qeyd edək ki, Qırğızıstan prezidentinin andiçmə mərasimində Azərbaycandan bas nazir Artur Rasizadə iştirak edib.