Şimali Afrika operatorları “Azerspace 1” peykinin resurslarından istifadə etməyə başlamışlar
7.5.2013

Şimali Afrika telekommunikasiya operatorları Azərbaycanın ilk “Azerspace 1” peykinin resurslarından istifadə etməyə başlamışlar.
Bu sözləri müsahibəsində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov demişdir.
Nazir bildirmişdir ki, Azərbaycanın peyk operatoru “Azərkosmos” ASC artıq mayın ilk günlərindən etibarən “Azerspace 1” peykinin resurslarının 40 faizini reallaşdırmağa başlamışdır.
Əsas məqsəd yerli radio və televiziya kanallarının yayımını sputnik vasitəsilə təmin etməkdir ki, artıq bu yöndə texnoloji işlər başa çatdırılmışdır.

AzərTac