Yaxın iki ay ərzində Azərbaycanda “Elektron hökumət” portalı istifadəyə veriləcək
1.12.2011

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə sözlərinə görə, yaxın iki ay ərzində Azərbaycanda “Elektron hökumət” portalı istifadəyə veriləcək. O qeyd edib ki, hazırda elektron xidmətlərin cəmləşdirilməsi və dövlət qurumlarının portala qoşulması prosesi gedir. Artıq 10 qurum xidmət göstərən kimi, 2 qurum isə istifadəçi kimi portala qoşulub.
Qeyd edək ki, bu həftə Azərbaycan Nazirlər Kabineti «Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları» və «Elektron xidmət növlərinin Siyahısı»nı təsdiq edib.