Məşhur müğənni səhnədə döyüldü - Video
7.5.2013

Bu gecə Dubayda baş tutan konsert zamanı gənc müğənni Justin Bieber döyülüb. Onun döyüldüyünü əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Videodan göründüyü kimi tamaşaçılardan biri müğənnini səhnədə yerə yıxıb. Sonradan müğənninin köməyinə mühafizəçilər gəlib.

Müğənni bir neçə dəqiqədən sonra yenidən səhnəyə qayıdıb. Ona hücum edən şəxsin kimliyi və onu bu addımı atmağa vadar edən səbəblər araşdırılır.

Big.az