Kənd təsərrüfatı məhsullarının qiyməti düşür?
7.5.2013

May ayında əlverişli hava şəraitinin saxlanılması kənd təsərrüfatı məhsullarının bütün sahələrinin inkişafına müsbət təsir edəcək.

Bunu jurnalistlərə kənd təsərrüfatı naziri İsmət Abasov deyib.

"İstehsal həcmlərinin artması kənd təsərrüfatı məhsullarının qiymətlərinin azalmasına yardım edir və müvafiq olaraq, yarmarkalarda mövsümi məhsul nisbətən ucuz satılacaq" , - nazir qeyd edib.

Onun sözlərinə görə, apreldə müşahidə edilən yağışlı hava ümumilikdə aqrar sahə üçün müsbət amil oldu.

Nazir deyib ki, bununla yanaşı, qeyri-sabit hava şəraiti bitkiçilik sahəsinə az da olsa mənfi təsir edib.

Trend