Bu ilin sonunda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) sifarişi ilə üzən qazma qurğusunun tikintisinə başlanacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, hazırda bu istiqamət üzrə müqavilənin işlənilməsi həyata keçirilir. Yaxın zamanlarda müqavilə imzalanacaq və artıq ilin sonunda üzən qazma qurğusunun tikintisinə başlanacaq: "Bu qurğu ARDNŞ və Dövlət Neft Fondunun sifarişi əsasında inşa olunacaq. Hazırda ölkədə Qazma Klubu yaradılır ki, daha sonra 2-ci, 3-cü və 4-cü üzən qazma qurğularının tikintisi onlar tərəfindən sifariş ediləcək".
R. Abdullayev onu da əlavə edib ki, hazırda 3-cü və 4-cü qurğuların tikintisinə dair layihə hazırlanır.
APA