Vəhşi quşlar 40 dəqiqəyə turist qadını parçaladılar - ŞOK HADİSƏ
8.5.2013

Fransa və İspaniyaya məxsus Pireney dağ silsiləsindəki 300 metr məsafədən yıxılan turistdən geriyə sümükləri, paltarları və ayaqqabısı qalıb.

Yüksəklikdən yıxılaraq ölən 52 yaşlı qadın turistin cəsədini leşyeyənlər cəmi 40 dəqiqə içərisində tamamilə parçalayıblar.

Bir müddət sonra turisti xilas etməyə gələn dəstə onun ancaq sümüklərini tapıb.

Qadının aprelin 14-də Pik de Pista yamacından yıxılaraq öldüyü ehtimal edilir. 52 yaşlı turistin dağa dırmaşan zaman yanında iki dostu da olub.

ANN.Az