İspaniyada uşaqlara qarşı zorakılıqlar və azyaşlıların istismarına mane olmaq üçün dövlət səviyyəsində yeni kampaniya başlanıb.
Bu kampaniya çərçivəsində hazırlanmış posterləri yalnız uşaqlar görürlər.
Lentikulyar çap metodu ilə hazırlanmış posterlərdəki oğlanın sağ yanağı və dodağının sağ tərəfindəki zərbə izlərini yalnız 10 yaşdan kiçik, boyu 135 sm-dən balaca olan uşaqlar görə bilirlər.
Reklam kampaniyasını aparan ANAR Foundation-un yetkililərinin dediklərinə görə, zorakılığa məruz qalan uşaqlar bu reklamı görərək orada göstərilmiş telefonla müvafiq qurumlarla əlaqə saxlaya bilərlər.
"Uşaqlar bu posterə baxanda "Əgər kimsə sənə əziyyət verirsə, bizə, 116111 nömrəsinə zəng vur, sənə yardım edəcəyik" yazısını görəcəklər", - ANAR Foundation yetkililəri bildiriblər.
Milli.Az