Azərbaycan Beynəlxalq Bankı “İnvestisiya mələyi” mükafatına layiq görülüb
1.12.2011

“MDB-nin maliyyə bazarları: qlobal qeyri-sabitlik şəraitində sabit inkişaf yolları” mövzusunda keçirilən IV Bakı Beynəlxalq Bank Konfransı çərçivəsində iki mükafatın təqdimat mərasimi keçirilib.
“İnvestisiya-bank fəallığı üzrə” və “MDB-nin ən dinamik inkişaf edən subyekti” nominasiyalarında Beynəlxalq Kreditorlar Təşkilatı tərəfindən təsis olunan “İnvestisiya mələyi” mükafatı təqdim edilib.
“İnvestisiya-bank fəallığı üzrə” nominasiyasında mükafat Azərbaycan Beynəlxalq Bankına, “MDB-nin ən dinamik inkişaf edən subyekti” nominasiyasında isə Ukraynanın Krım muxtariyyətinə, Qazaxıstanın Qaraqanda və Rusiyanın Orlov vilayətinə təqdim olunub.
MDB-nin Maliyyə-Bank Şurasının birinci vitse-prezidenti, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev rəhbərlik etdiyi qurumun mükafat alan MDB regionlarına investisiya qoymağa hazır olduğunu bildirib.

APA