“MDB-nin maliyyə bazarları: qlobal qeyri-sabitlik şəraitində sabit
inkişaf yolları” mövzusunda keçirilən IV Bakı Beynəlxalq Bank Konfransı
çərçivəsində iki mükafatın təqdimat mərasimi keçirilib.
“İnvestisiya-bank fəallığı üzrə” və “MDB-nin ən dinamik inkişaf edən
subyekti” nominasiyalarında Beynəlxalq Kreditorlar Təşkilatı tərəfindən
təsis olunan “İnvestisiya mələyi” mükafatı təqdim edilib.
“İnvestisiya-bank fəallığı üzrə” nominasiyasında mükafat Azərbaycan
Beynəlxalq Bankına, “MDB-nin ən dinamik inkişaf edən subyekti”
nominasiyasında isə Ukraynanın Krım muxtariyyətinə, Qazaxıstanın
Qaraqanda və Rusiyanın Orlov vilayətinə təqdim olunub.
MDB-nin Maliyyə-Bank Şurasının birinci vitse-prezidenti, Azərbaycan
Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev rəhbərlik
etdiyi qurumun mükafat alan MDB regionlarına investisiya qoymağa hazır
olduğunu bildirib.
APA