Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı sabah saat 15.00-da Gazelli Art House-da “Avropa Günü” adlı tədbir keçirəcək. Avropa ölkələrində 9 may Avropa Günü kimi qeyd olunur. Həmin gün sülh və həmrəylik kimi bəşəri dəyərlərin təbliğinə diqqətin daha da artırılması istiqamətində fəaliyyətlər həyata keçirilir.
AGAT-ın bu tədbiri keçirtməkdə məqsədi ölkəmizin Azərbaycanın Avropa ailəsinin üzvü kimi avrointeqrasiya prosesinə verdiyi önəmi vurğulamaq, universal dəyərlərin ölkəmiz üçün vacib olduğunu qeyd etməkdir.
Tədbir çərçivəsində rəsmi çıxışlar və Avropa fotoqraflarının sərgisi nəzərdə tutulub. Tədbirdə BMT, Rumıniya, Fransa, Türkiyə, Polşa səfirliklərinin səfirləri və nümayəndələri, millət vəkilləri, milli icmalar və QHT sədrləri iştirak edəcək.
Publika.Az