Cari ilin payızında Azərbaycanda Rusiya kino həftəsinin keçirilməsi planlaşdırılır. Hazırda kino həftəsinin keçirilməsi ilə bağlı danışıqlar aparılır.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov demişdir. Onun sözlərinə görə, kino həftəsinin əsaslı təmirdən sonra istifadəyə veriləcək “Nizami” kinoteatrında təşkil olunacağı nəzərdə tutulur.