Mərkəzi ofisi Avstraliyada yerləşən "Save the Children" (Uşaqları qoruyun) təşkilatı Analar Günündə ana olmaq üçün ən ideal ölkəni müəyyən edib.
Təhsil, sağamlıq, ananın illik gəliri, hamiləlik öncəsi və sonrası ana və uşağa səhiyyə xidmətləri, ölüm risqi və qadının ictimai çəkisi kimi kriteriyalar üzrə aparılan araşdırmalar göstərib ki, ana olma üçün ən yaxşı ölkə Finlandiyadır.
176 ölkə arasında aparılan araşdırmalarda Konqo, Sierra Laone, Somali son üç sırada yer alıb. İlk 10 sırada Finlandiya, İsveç, Norveç, İslandiya, Hollandiya, Danimarka, İspaniya, Belçika, Almaniya ve Avstraliya durur. ABŞ 30-cu, İngiltərə isə 23-cü sırada yer alıb. Azərbaycan isə 96-cı yerdə qərarlaşıb. Gürcüstan və Ermənistan Azərbaycandan iki-üç pillə qabaqdadılar.
teleqraf.com