“Nar Mobile” “Mətbuat klubu” fəaliyyətə başlamışdır
10.5.2013

“Nar Mobile” “Mətbuat klubu” fəaliyyətə başlamışdır. Şirkətdən bildirilmişdir ki, ”Mətbuat klubu”nun yaradılmasında məqsəd kütləvi-informasiya vasitələrinin nümayəndələri ilə ünsiyyət qurmaq üçün platforma yaratmaq, şirkətin strategiyası və yeniliklərini bölüşməkdir. Burada KİV nümayəndələri ilə mütəmadi olaraq qeyri-rəsmi görüşlər keçiriləcək və müxtəlif mövzularda müzakirələr aparılacaqdır. Bundan əlavə, jurnalistlər üçün “NarMedia” tarif planı təqdim olunmuşdur. Həmin tarifə əsasən jurnalistlər öz aralarında hər dəqiqə üçün cəmi 2 qəpik ödəməklə danışa biləcəklər.
Tarif planı haqqında məlumatı http://narmobile.az/az/private/additional/segmentbasedcampaigns/NarMediaTariff/ “Nar Mobile” internet səhifəsində əldə etmək olar.

AzərTac