Böyük Britaniya şahzadəsi Çarlz ölkədə yaranmış əlverişsiz iqtisadi şərait üzündən öz tərəvəz dükanını bağlamağa məcburdur.
Xarici KİV-lər xəbər verir ki, şahzadənin mağazasında alıcılar Britaniya taxt-tacının varisinin İngiltərənin qərbində Qlosterşir qraflığında yerləşən fermasında yetişdirilmiş ekoloji təmiz məhsullar ala bilərlər.
Şahzadə Çarlzın mətbuat katibinin sözlərinə görə, bu mağazadakı məhsullar yerli super marketlərdə satılan məhsullardan xeyli bahadır. Elə bu səbəbdən də mağaza gəlir gətirmir.
Ekoloji təmiz ərzaq məhsulları almaq istəyənlər bunu mağazanın veb-saytı vasitəsilə edə bilərlər.
AzərTac