Günün ulduz falı
2.12.2011

Qoç - İş sahəsində müsbət tendensiyaların güclü təsiri hələ də davam edir. Zirəklik və qənaətcilliyinizlə əla nəticələr əldə edə bilərsiniz. Bu gün nüfuzlu bədxahınıza qarşı mübarizə aparmaq gücündəsiniz. Mübarizə sizin qələbənizlə başa çatacaq.

Sevdiyiniz şəxslə dil tapmaq şansınız olacaq. Fikir ayrılıqları və küsülülükləri keçmişdə qoymasanız da, hər iki tərəfi yoran gərginliyi azalda bilərsiniz. Axşamı dinc və xoş keçirməyə çalışın. Qəliz olmayan əyləncələr və sakit söhbətlər – indi sizə lazım olan məhz budur.

Buğa - Mənfi tendensiyaların təsirləri azalmağa doğru gedir. Bu yaxınlarda buraxdığınız bir çox səhvləri düzəltmək imkanınız olacaq. Rəhbərlik və partnyorlarınızla dil tapa, əvəzsizliyini nümayiş etdirə, mütəxəssis kimi dəyərinizi göstərə biləcəksiniz. Hətta, məziyyətlərinizə şübhə edənlər də sizi dərk etməyə başlayacaqlar.

Bu gün tale sizi xüsusi hisslər bəslədiyiniz adamla görüşdürəcək. Lakin bu görüşün sonuncu olmaması üçün risk lazım gələcək. Hadisələrin gələcək inkişafı sizin yeni prinsipial yolla getməyə hazır olub-olmadığınızdan asılıdır.

Əkizlər - Ziddiyyətli gündür. Bir tərəfdən maliyyə itkiləri, gələcəkdə gəlirlərinizin azalması ilə nəticələnəcək səhvlər mümkündür. Digər tərəfdən, nüfuzunuz artacaq, yolunuzu kəsmək istəyənlərin sayı azalacaq. Əməkdaşlığın başlanması və mövcud işgüzar əlaqələrin möhkəmləndirilməsi üçün əlverişli gündür.

Müsbət tendensiyaların təsirini şəxsi münasibətlərdə də hiss edəcəksiniz. Yaxınlarınızla çox yaşlı yola gedirsiniz, kompromislər tapırsınız, öz fikrinizi zorla qəbul etdirməyə çalışmırsınız. Öz “yarısını” tapa bilməyən Əkizləri maraqlı görüş gözləyir.

Xərçəng - Başladığınız işi davam etdirin və ətrafdakıların nə deməsindən asılı olmayaraq, geri çəkilməyin. Nailiyyətləriniz nəinki şübhəlilərin fikrini dəyişdirəcək, həm də rəqiblərinizi zərərsizləşdirəcək. Gəlirli və çox şey vəd edən yeni layihənin başlanması mümkündür. Bürcün bəzi nümayəndələri gəlirlərini artırmaq üçün orijinal yol tapacaqlar.

Gün sevgili Xərçənglər üçün çox çətin olacaq. Sevdiyiniz şəxslə çoxsaylı fikir ayrılıqları mümkündür. Çətin seçim qarşısında qala bilərsiniz.

Şir - Tutqun tonda növbəti gündür. Emosional fon hələ də sabit deyil. Deməli, sizdə zəif, yaralı, özünüzə problem yaratmağa və birmənalı cavabı olmayan suallar verməyə meyllisiniz. Sizə təsəlli və dəstək verməyə hazır olan adamlar tapılacaq. Lakin onlar heç də lazım olan sözləri tapa bilmirlər.

Çətinliklərin öhdəsindən gəlməyə valideynləriniz və ya yaşlı nəslin digər nümayəndələri kömək edəcəklər. Onların müdrik məsləhətləri və həyat təcrübəsi tam yerinə düşəcək. Praktiki yardıma ümid etmək də olar. Məsələn, maddi yardım kimi.

Qız - Sizə olan diqqətə təəccüblənməyin. Gələcəyinizin asılı olduğu adamlar bu gün sizi müşahidə edəcəklər. Qeyd etmək lazımdır ki, bu şəxslər sizə qarşı xeyirxah əhval-ruhiyyədə deyillər. Onların münasibətinin dəyişməsi üçün zəhmət çəkməli olacaqsınız. İşinizi tənqid edəcəklər. Tənqidləri diqqətlə dinləyin və diqqətə layiq olanları yadda saxlayın.

Şəxsi həyatınızda yaxşılığa doğru dəyişikliklər mümkündür. Yaxınlarınızla dil tapa, ikimənalı vəziyyətləri keçmişdə qoya və bütün vacib suallara aydın cavablar ala biləcəksiniz.

Tərəzi - İşdə əhəmiyyətli uğurlar vəd edən məhsuldar gündür. Siz qətiyyətli addımlar atırsınız və məhz buna görə rəqibləriniz üzərində qələbə qazanır, opponentlərinizi haqlılığınıza inandırırsınız. İşgüzar dairələrdə nüfuzunuz artır. Hətta əvvəllər yalnız öz fikirləri maraqlandıran şəxslər indi sizi dinləməyə hazırdırlar.

Sevdiyiniz şəxslə ünsiyyət xeyli sevinc gətirəcək. Yaxınlarınızla asanlıqla yola gedir, uzun müddət ayrı qaldığınız insanlarla tez bir zamanda dil tapırsınız. Bir çox Tərəzilər öz-özlərini daha yaxşı başa düşməyə başlayır, əvvəlki şübhə və təlaşı unudurlar.

Əqrəb - Bu gün ulduzlar sizə qarşı xeyirxahdırlar. Pul gəliri mümkündür. Həmişəlik “donduğu”nu düşündüyünüz işdə irəliləyiş istisna olunmur. Bir neçə maraqlı təklif alacaqsınız. Hətta sizinlə düşmənçilikdənsə, müttəfiqliyin daha yaxşı olduğunu başa düşən bədxahlarınız da sizə təkliflər edəcəklər.

Köhnə tanışla təsadüfi görüş şəxsi həyatanızda ciddi dəyişikliklərin əsasını qoya bilər. Bu görüşün nəticələrinin necə olacağı sizdən asılıdır. Ulduzlar tələsməməyi tövsiyə edir. Dərindən düşünmədən nə qərarlar qəbul edin, nə də onları açıqlayın.

Oxatan - Sərt rəqabətdə iştirak etməli olacaqsınız. Lakin bu, sizi qorxutmayacaq. Bürcün nümayəndələri yorulmazdırlar, maneələri aşmaq zərurəti isə onlara yalnız ruh verir. Üstəlik, Oxatanların fantaziyaları tükənməzdir. Elə buna görə də rəqiblərinizi və bədxahlarınızı dalana dirəyəcəksiniz.

İş sahəsində hər şey nə qədər yaxşıdırsa, şəxsi həyatınızda şərait o qədər də əlverişli deyil. Bir qədər yumşaq olun. Yaxınlarınızla küsülülklərdən bu yolla yayına bilərsiniz.

Oğlaq - Asan gün deyil. Əsassız iddialara və heç nəyə əsaslanmayan tənqidə hazır olmalısınız. Nüfuzlu şəxslər sizə qarşı səfərbər olublar və onlara müqavimət göstərmək asan deyil. Lakin ixtiraçılığınızı və dərrakənizi yardıma çağırmaqla nəinki vəziyyətdən çıxış yolu tapa, onu öz xeyirinizə dəyişə bilərsiniz. Günün maliyyə perspektivləri çox əlverişlidir.

Gün ailə münasibətlərinin yoluna qoyulması, qohumlar arasındakı əlaqələrin möhkəmlənməsi, köhnə ənənə və dəyərlərə qayıdışla əlamətdar olacaq. Son vaxtlar dil tapa bilmədiyiniz və qaçmağa çalışdığınız adamlarla da yola gedə biləcəksiniz.

Dolça - Peşmançılıq yaradan və qanqaraldıcı səhvlər ehtimalı yüksəkdir. Siz özünüzü diqqətsizliyə, diqqətinizi cəmləşdirə bilmədiyinizə görə məzəmmət edirsiniz. Bununla belə, yenə də fikriniz diqqətə layiq olmayan xırdalıqlara yayınır. Sərfəli sövdələşmələr, nəyisə uğurla satmaq, perspektivli layihəyə pul qoymaq şansınız var. Öz duyğularınıza güvənin, sizi aldatmayacaqlar.

Artıq problemlərin öhdəsindən gələ bilmirsiniz. Onlar kifayət qədər ciddi və cürbəcürdür. Düşünməyin ki, hər şeyin günahı sizdədir. Həddindən artıq və əsassız özünütənqidin heç bir faydası yoxdur.

Balıqlar - Mülk və maliyyə ilə bağlı məsələlərin həlli üçün pis gün deyil. Tutduğunuzu buraxmırsınız və heç kim sizi barmağına dolaya bilmir. Həmkarlarınız sizi həddindən artıq qətiyyət və yenilməzlikdə günahlandıra bilərlər. Lakin tənqidləri ürəyinizə salmayın. Siz lazım olan işi görürsünüz və mümkün olandan kənara çıxmırsınız.

Yaradıcılıq qabiliyəti özünü parlaq şəkildə göstərir. Bu sayədə ümidsiz görünən işlərdə irəliləyiş mümkündür. Sevdiyiniz adamla münasibətlərdə harmoniya yarana bilər. Lakin bunun üçün ilk növbədə öz hisslərinizdən baş çıxarmalısınız.