Azərbaycan paytaxtında sərnişin avtobuslarında gediş haqqının kartla ödəniş sisteminin tətbiqinə başlanılıb.
Bunu nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Z.Məmmədov deyib ki, artıq Bakı şəhərində 20-yə qədər marşrut avtobusunda kartla nağdsız ödəniş sistemi tətbiq olunub. Ayın sonuna kimi bütün avtobus marşrutlarında kart sisteminin tətbiq olunması nəzərdə tutulub.
ANS PRESS