Bakı Metropolitenindən bildirilmişdir ki, 2014-cü ilin may ayında iki, 2016-cı ildə isə daha üç stansiya təhvil veriləcəkdir.
Bakı Metropoliteninin 20 illik inkişafı haqqında Dövlət Proqramının icrası nəticəsində metropolitenin 2030-cu ildə 76 stansiyası, 109 kilometr yolu olacaqdır.
Hazırda “Avtovağzal”, “Memar Əcəmi-2”, Ceyhun Səlimov küçəsində yerləşən “B-3” (şərti adı) stansiyalarında, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yanında, Heydər Əliyev Sarayının arxasında, “Həzi Aslanov-2” stansiyasında, Köhnə və Təzə Günəşlidə tikinti işləri davam etdirilir.
AzərTac