Mayın 17-18-də Bakıda Beynəlxalq Canlı Tarix Festivalı keçiriləcək. Bu barədə Niderlandın Azərbaycandakı səfirliyinin saytında məlumat yayılıb.
Festival çərçivəsində dünyanın qədim şəhərlərinin tarixi, mədəniyyəti və ənənələri təqdim olunacaq. Tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri qatılacaq.
APA