“Eurovision-2011” qalibi Nigar Camal “Crush on your” üçün xüsusi klip təqdimatı keçirib. Klipin çəkilişləri Ukraynada aparılıb.
Klip müğənninin həm də prodüseri olan bəstəkar İsa Məlikovun musiqisinə
çəkilib. Mahnının sözləri isə “Eurovision-2010” milli seçim turunun
iştirakçısı Elliyə aiddir. Klipdə Nigar Camalla yanaşı, populyar
musiqiçi, məşhur “Digi Digi” klub musiqisinin ifaçısı İnusa Davuda da
çəkilib. Klipin rejissoru Aleksey Lamaxdır.