Biləcəri qəsəbəsində “Terminal” ticarət mərkəzi tikiləcəkdir
13.5.2013

Biləcəri qəsəbəsi, Bakı-Sumqayıt şossesi, 5D ünvanında (Beynəlxalq avtovağzal kompleksinin yanı) müasir dizayn ilə “Terminal” ticarət mərkəzi inşa olunacaqdır.
Bakı Dövlət Layihə İnstitutunun Layihənin baş mühəndisi Əhliman Şükürlü bildirmişdir ki, layihələndirilən ticarət mərkəzinin binası 4 mərtəbədən ibarətdir.
Binanın damında açıq havada kafe, zirzəmisində isə ümumi sahəsi 2 min 777 kvadratmetr olan yeraltı avtomobil dayanacağının tikilməsi nəzərdə tutulmuşdur.

AzərTac