Kembric hersoqinyası iyulda dünyaya yeni şahzadə gətirəcək. Əlbəttə ki, hər kəs bu körpəyə hədiyyə almaq istəyəcək. Artıq lüks mağazalarda cibi dolu şəxslər üçün şahzadəyə bahalı hədiyyələr almaq imkanı yaradılıb.
Məsələn, Sindrellanın balqabaq faytonu kimi hazırlanmış uşaq yatağı 20.900 dollara satılır. İkinci yerdə bahalı əmzik durur. Əmzik 14 karatlıq ağ qızıldan hazırlanıb və üzərində 278 brilyant daş var. Qiyməti isə 17.000 dollardır.
Hələ doğulacaq şahzadə üçün çimmək vannası svarovski daşlarla bəzədilib və qiyməti 3800 dollardır.
Körpə şahzadə üçün araba almaq istəyənlər də çox axtarmalı olmayacaqlar. Lüks maşın şirkəti Aston 3.100 dollara model hazırlayıb. Balacanın oynadacağı yumşaq ayı 1.030 dollaradır.
Uşaq üçün paltarlar da var. Bir cüt körpə corabının qiyməti 230 dollaradır. Balaca üçün nəzərdə tutulmuş qızıl boyunbağı isə 1.495 dollaradır. Hətta körpə üçün gümüş yemək dəstinin qiyməti 745 dollardır.
publika.az