Almaniya şirkəti “Eurovision-2012” mahnı müsabiqəsinin rəsmi istehsal tərəfdaşı seçilib
2.12.2011

Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” mahnı müsabiqəsində Almaniyanın “Brainpool GmbH” şirkəti rəsmi istehsal tərəfdaşı seçilib.
GoMap-ın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bunu “Eurovision” üzrə Azərbaycanın milli yayımçısı olan İctimai Teleradio elan edib. “Brainpool GMbH” şirkəti Bakıda keçiriləcək 57-ci “Eurovision” yarışmasının dizayn, texniki dəstək və şou təşkil etməkdə aparıcı tərəfdaş olacaq.