Ən bəxtəvər bədbəxt: 8 dəfə ölümdən qurtuldu
13.5.2013

Özünü "İngiltərənin ən bəxtəvər bədbəxti" sayan bu gəncin 25 yaşı var. Metyu Ouksli indiyədək 8 dəfə ölümdən qurtulub. Metyunun bədbəxt olayları 2011-ci ildə başlayıb.

Dostları ilə birlikdə dayvinq üçün yollandığı İrlandiyada suya atılan gənc dənizin dibindəki qayalara dəymişdi.
Boynu qırılmış Metyu dərhal xəstəxanaya aparılıb və həkimlər onu xilas ediblər.

Lakin boynunun sınması sonradan Metyunun 4 dəfə ürəktutma keçirməsi və komaya girməsinə səbəb olub.
Ouksli xəstəxanada olanda əvvəlcə nadir MRSA virusuna, sonra da güclü zökəmə yoluxdu.

Viruslardan müalicə olunan Ouksli müayinə olunanda həkimlər onun vücudunda xərçəng şişi aşkarladılar.

"Dənizə atılmağım nəticəsində boynum sınmışdı və koma vəziyyətinə düşmüşdüm. Komadan çıxanda hər yanı qara-ağ görürdüm, danışa bilmirdim. İflic vəziyyətində idim. Həkimlər ailəmə dedilər ki, bundan sonra danışa və hərəkət edə bilməyəcəyəm. Yalnız çənəmlə idarə edə biləcəyim əlil arabasına möhtac qalacaqdım. Amma bir neçə ay sonra ilk addımı atdım, - Metyu Oksli deyib.

Amma daha sonra onda xərçəng tapılıb. Həkimlər deyiblər ki, Metyu həyatının yerdə qalan hissəsini iflic olaraq keçirəcək, xərçəngdən öləcək.

İndi sağalmış Ouksli xərçəng xəstələrinə yardım fonduna dəstək məqsədilə triatlon yarışına qatılmaq niyyətindədir.

Big.az