Sabah Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, qısamüddətli yağış yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, mayın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-17, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın bölgələrində mayın 15-də hava gündüz əsasən, yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 25-30 dərəcə isti təşkil edəcək. Dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Milli.Az