Azərbaycanın “Mobitel” şirkəti alıcıların rahatlığını təmin etmək üçün yeni xidmət təklif etmişdir. Artıq alıcılar internet vasitəsilə qiyməti 100 manatdan baha olan istənilən telefonu və aksesuarı (aksesuar yalnız telefona əlavə olaraq satılır) sifariş edə bilər.
Şirkətdən bildirilmişdir ki, bunun üçün alıcı www.mobitel.az saytının “Model sırası”nda istədiyi modeli seçib, “Sifariş et” düyməsini işə salaraq oradakı xanaları doldurmalıdır. Şirkətin nümayəndəsi alıcı ilə telefon vasitəsilə əlaqə yaradaraq sifarişi təsdiqləyir və sonra, telefon alıcının ünvanına çatdırılır (Bakı şəhəri ərazisində). Ödəniş yerində və nağd həyata keçirilir.
azertac