Azərbaycanda avtomagistrallarda və “avtomobillər üçün yollarda” (yol işarəsi 5.3) maşının zəif sürətlə idarə olunmasına görə cərimələrin toplanması üçün texniki şərait yaradılır.
Azərbaycanın daxili işlər naziri Ramil Usubov Q13-00113 saylı fərman ilə Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzinin İnformasiya Sisteminin proqram təminatının avtomagistrallarda və 5.3 işarəsinin olduğu hərəkət zonalarında saatda 50 kilometrdən aşağı sürətlə hərəkət zamanı foto və videomateriallarla təmin edə biləcək səviyyədə təkmilləşdirilməsinə göstəriş verib.
Həmçinin sistem 3,5 tondan ağır yük maşınlarının qadağan olunmuş hərəkət zonalarına çıxışını qeydiyyata alacaq. Bu yol hərəkəti qaydasının pozulmasına görə 100 manat və 4 cərimə balı müəyyən edilib. Ümumilikdə mayın 8-dən qüvvəyə minən Q13-00113 saylı fərman ilə yol hərəkəti qaydalarının pozulması ilə bağlı inzibati hüquq pozuntularının icrası üzrə təlimatlara dəyişikliklər edilib.
Gun.az