2013-cü il mayın 12-də Beynəlxalq Qırmızı Xaç komitəsinin qurultayı keçirilmişdir. Qurultayda 16 ölkənin 32 tibb işçisinə “Florens Naytingeyl” medalları təqdim edilmişdir.
Bu nüfuzlu medala layiq görülənlər arasında Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin Tərtər bölməsinin tibb işçisi Nurəddin Qaraşov da vardır.
Bildirilir ki, Nurəddin Qaraşova bu medal Qarabağ müharibəsi dövründə tibb işçisi kimi fəaliyyətinə və tibb sahəsində maarifçilik işinə görə verilmişdir.
Xatırladaq ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin mükafatı kimi təsis edilmiş Florens Naytingeyl medalı həm müharibə dövründə, həm də dinc vaxtda yaralılara və xəstələrə tibbi yardım göstərilməsində öz peşəsinə müstəsna sədaqət və igidlik nümayiş etdirmiş tibb işçilərinə verilir. İndiyə qədər Azərbaycandan 12 tibb işçisi bu fəxri medala layiq görülmüşdür.
AzərTac