Dünyanın ən zənginləri harda yaşayır?
14.5.2013

İngilis şirkəti WealthInsight dünyanın ən zənginlərinin ən çox hansı şəhərlərdə yaşadığını açıqlayıb.
Şirkət 30 milyon dollardan yuxarı sərvəti olanları araşdırıb. Gəlinən nəticə budur ki, milyonerlərin çoxu Tokioda yaşayır- 461 000 nəfər. Siyahıda ikinci yeri Amerika Birləşmiş Ştatlarının New York şəhəri tutur. London isə multi-milyonerlərin yaşadığı şəhər hesab edilib. Şəhərdə 4.224 milyoner var. Milyarderlərin siyahısına gəlincə, bu siyahıda Moskva ikincidir. Milyonerlər siyahısında isə Moskva 20 –ci yerdə qərarlaşıb.
İstanbulla bağlı da vəziyyət eynidir. Milyonerlər sıralamasında ilk 20-yə girə bilməyən İstanbul, milyarderlər sıralamasında ilk onluqdadır. 2012-ci ildə Türkiyədə milyonerlərin sayı 23.2 faiz artaraq 94.000 nəfərə çatıb. Bunların da 43 faizinə İstanbul ev sahibliyi edir.
Araşdırmada Çinlə bağlı məlumatlar diqqət çəkir. MütəxəssisləRin rəyinə görə, Çin 2020-ci ildə sərvət sahiblərinin sayı baxımından Yaponiya və Almaniyanı keçərək 2-ci sırada qərarlaşacaq. Hindistanda da bu sahədə yüksəliş gözlənilir.

publika.az