Bu gün "Eurovision-2013" mahnı yarışmasının ilk yarımfinalıdır
14.5.2013

Bu gün Bakı vaxtı ilə 00:00-da İsveçin Malmö şəhərində “Eurovision-2013” mahnı yarışmasının ilk yarımfinalı keçiriləcək.

“Malmö Arena”da keçiriləcək yarışmanı canlı olaraq İTV telekanalı vasitəsilə izləmək mümkün olacaq.

Birinci yarımfinalda 16 ölkə - Avstriya, Estoniya, Sloveniya, Xorvatiya, Danimarka, Rusiya, Ukrayna, Niderland, Monteneqro, Litva, Belarus, Moldova, İrlandiya, Kipr, Belçika, Serbiya təmsilçiləri çıxış edəcək.

Tamaşaçıların və münsif üzvlərinin səsverməsindən sonra isə 16 təmsilçidən ancaq 10-u növbəti mərhələyə keçəcək. Yarışmanın ikinci yarımfinalı mayın 16-da, finalı isə 18-də baş tutacaq.

Azərbaycan təmsilçisinin çıxışı mayın 16-da ikinci yarımfinalda olacaq. Həmin gün təmsilçimiz Fərid Məmmədov “4” nömrəsi altında səhnəyə çıxaraq “Hold me” mahnısını ifa edəcək.

Xatırladaq ki, “Eurovision-2012” ötən il Azərbaycanda keçirilib. İsveç təmsilçisi Loren ifa etdiyi “Euphoria” mahnısı ilə yarışmanın qalibi olub.


Gun.az