Qəhvə maskası ilə dərini gözəlləşdirin
15.5.2013

Dəri baxım məhsullarının çoxunu evdə hazırlamaqda fayda var. Bitkilərin köməi ilə dərini gözəlləşdirməyə çalışan mütəxəssislər illərdir ki, dəri baxım məhsullarının bir qismini evdə hazırlamağı məsləhət görür. Şəkər ən yaxşı peelinq üsullarından biridir. Hətta daha sağlam üsudlur. Eyni qayda türk qəhvəsi üçün də keçərlidir. Qəhvəni içdikdən sonra dibini atmayın. Vaxtınız varsa, qəhvənin dibini üzünüzə masaj edərək çəkin və quruyuna qədər gözləyin. Əgər dəriniz qurudursa, barmağınızı zeytun yağına batırıb qəhvəni ondan sonra üzünüzə çəkin.

Qan dövranını gücləndirir, dəridəki sallanmanı azaldır. Zeytun yağı yerinə gül suyundan və qazlı sudan da yardım ala bilərsiniz. Burada əsas məqsəd qəhvəni dərinin hər tərəfinə eyni miqdarda yayılmasıdır.

Qəhvəni bir şüşənin üzərinə gəzdirir kimi çəkin. Dəriyə çox möhkəm basmayın. Maskanı tətbiq etdikdən sonra üzünüzü ilıq su ilə yaxalayın. Bu maskanı üzdə çox saxlamaq olmaz.

Publika.Az