Dünyada tanınan, adları dillər azbəri olan dəb aləminin “aparıcıları” deyəndə ağıla ilk onlar gəlir. Hər dövrün nəbzini tutan modelyerlərin əl işlərini, kolleksiyalarını bütün dünya qəbul edib- elitadan tutmuş sadə insanlara qədər. Bəs, siz dəbin yaradıcıları haqqında nələri bilirsiniz?
Bir “Dolce&Gabbana” resti: “Biz pul haqqında düşünmürük ona görə ki, artıq çoxdan lazımı qədər pul qazanmışıq”
“Dolce&Gabbana” firmasının təməli italiyalı Domeniko Dolce və Stefano Qabanna tərəfindən 1985-ci ildə Milanda qoyulub. Elə həmin ildə Milano Collezioninin kolleksiyalarının nümayişində iştirakdan sonra populyarlaşıblar. 1990-cı ildə modelyerlər kişilər üçün də kolleksiyalar hazırlamağa başlayırlar. Az sonra İqqi Pop, Vudi Harrelson, Stinq kimi tanınmış simalar D&G-dən geyinir. 1992-ci ildə D&G “Parfume” adlanan ilk ətir məhsulunu təqdim edir. Bu ətir 1993-cü ildə Parfümeriya Beynəlxalq Akademiyası tərəfindən mükafatlandırılır.
Firma 2 ay ərzində rekord vuraraq Madonna üçün 1500 geyim hazırlayır. Geyimlərin çoxu əl işi olur. Lakin müqavilədə qonarar haqqında qərara gəlinmədiyindən demək olar ki, dizaynerlərin əməkləri boşa gedir. Amma modelyer bu barədə deyir: “Biz pul haqqında düşünmürük, ona görə ki, artıq çoxdan lazımı qədər pul qazanmışıq”. Firmanın modelyerləri bir ildə 13 kolleksiya hazırlayır və hər dəfə moda aləminə yeni bir tərz gətirirlər. Markanın ən yaxşı işi 1990-cı ildə yaz-yay kolleksiyasında nümayiş olunan qara büstlü paltardır. Özləri də etiraf edirlər ki, bu paltar D&G-nin kvintessensiyası yəni, cövhəridir. 1996-cı il yaz-yay kolleksiyasında isə kaftan tipli uzun ətəkli, hət iki tərəfdən yarıqlar, arxa hissəsində başlığı, çiyin hissəsində şarfı olan qara paltar hamının diqətini cəlb edir. Paltar o qədər bəyənilir ki, Avropa, Amerika və Avstarliyadan 650 mağazadan sifariş gəlir. D&G dəbli geyim, ayaqqabı, aksessuar və parfümeriya markasıdır.
“CK” – Uniseksin əlifbası
“Calvin Klein” firması isə 1968-ci ildə Nyu-Yorkda Barri Şvars və dostu Kelvin Kleyn tərəfindən yaradılıb. Atelye əvvəl kişilər, daha sonra isə qadınlar üçün geyimlər hazırlayıb. 1970-ci ildə dizayner qadınlar üçün nəzərdə tutulan kişi kostyumu təqdim edir. Həmin ildə o, 2 tərəfi düymələnən buşlat, yəni matros pencəyi kimi enli yaxalıqlı qısa palto ərsəyə gətirir. Bu model tək fəslin hiti yox, bundan sonra 10 il ərzində üst qadın geyiminin üslubu olur. 1974-cü ildən isə firma aksessuarlar və xəzli, dəri paltarlarla gündəmdə qalır. 1978-ci ildə Kleyn dünyada ilk dəfə cinsləri podiumda nümayiş etdirməklə və dizaynlı cinsləri satışa çıxarmaqla moda aləmində sözün həqiqi mənasında dönüş edir. İlk dəfə bu cinsləri və “Calvin Klein” loqosunu podiumda yalnız uzun ayaqları və incə bədən quruluşuna malik xanımlar təqdim edir. Arxa cibin üstünə həkk olunan ilk leybi də bu olur - “CK”.
1982-ci ildə Kleyn kişilər üçün alt paltarlarından ibarət kolleksiya hazırlayır. Üzərinə “Calvin Klein” həkk olunmuş bu paltarların reklamında reper M.Mark və supermodel D.Vest çəkilir. 1992-ci ildən amerikalı gənclərin ruhuna uyğun populyar “uniseks” stili tanınır. Elə həmin vaxtda gənc model Keyt Mossla və Marki Markın çəkildiyi yeni reklam çarxı çıxır. Brend 1999-cu ildə təqdim edilən yeni reklamla, daha doğrusu, uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulan alt paltarları ilə dillərdən düşmür.
Geyimlərlə yanaşı “Calvin Klein” kişi və qadınların ürəyini riqqətə gətirən ətirlərlə də məşhurdur. 3 dəfə “Coty” mükafatına, 4 dəfə “American Fashion Awards” –a layiq görülən “Calvin Klein” ən çox satılan elit parfüm və kosmetika brendi kimi tanınır. Brendin ilk ətiri 1981-ci ildə istehsal edilir. İndiyə qədər 61 adda ətir təqdim edilib. Ən çox tanınan və sevilən ətirlər : “CK One”, “CK Be”, “CK Euphoria”, “CK Obsession”, “CK Truth”, “CK Eternity”.
“Kleyndən sirli gecələr” adlı plakatda Bibliyadan süjetlə yanaşı cinsdə olan yarlçılpaq qız və oğlan modellər cəmiyyətdə böyük rezonansa səbəb olur. Kilsə dizaynerdən milyon dollar dəyərində təzminat ödəməyi tələb edir və Klein də razılaşır.
“Giorgio Armani” – iddialı işlərin müəllifi
1934-cü ildə İtaliyada göz açan Giorgio Armani 1970-cı ildən İtaliyanın bir çox moda evlərində yeni geyim kolleksiyaları hazırlamağa başlayır və 1974-cü ildə bütün dünya Giorgio Armaninin kolleksiyasını görür. Onun ilk işi çox uğurlu alınır. Bir müddət sonra o, Serjio Qalleotti ilə birlikdə İtaliyada “Giorgio Armani” kampaniyasını qeydiyyatdan keçirir. Hal-hazırda Armani dünyada aparıcı moda evlərindən biridir. Eksklüziv kişi və qadın geyimləri, ayaqqabılar, aksessuarlar, saatlar və zərgərlik nümunələri Armani adı ilə təqdim olunur. “Emporio Armani”, “Armani Exchange”, “Armani USA”, “Jeans Armani” kimi qolları isə firmanın adını moda aləminə qızıl hərflərlə yazdırır. Parfümeriya kompaniyası L’Orealla danışıqlar nəticəsində “Armani” adı altında parfümeriya və ətirlər də istehsal edilir. Hollivudun bir çox sayılıb-seçilən ulduzları “Armani”-nin həm pərəstişkarları, həm də ən sadiq alıcılarıdır. Məsələn, Culiya Roberts, Leonarda Di Kaprio, Corc Kluni, Codi Foster, Robert De Niro, Tom Kruz 2006-2007-ci il kolleksiyalarının ən varlı alıcılarıdır.

“Versace” – incəlik, keyfiyyət və naxış
Bu günün ən dəbli brendlərindən olan “Versace” firmasının sahibəsi Donatella Versace 1955-ci ildə Kalabriyada dərzi ailəsində anadan olub. Onun qardaşı Gianni Versace də “Versace” geyim markasının sahibi idi. Qardaşının ölümündən sonra bütün taxt-taca sahib olan Donatella moda aləmində özünü təsdiqlədi. Qardaşının ölümündən cəmi 3 il sonra o, “Versace” mehmanxanasında ilk kolleksiyasını təqdim etdi. Onun qonaqları arasında Elton Con, Liz Harli, Rakeem Gəncləri, Lüsi Munn, Ketrin Zeta Cons və Keyt Moss da var idi. Hətta Şahzadə Çarlz məşhurlar və elit təbəqə üçün nəzərdə tutulan bu kolleksiyadan özü üçün paltarlar da sifariş verir. Moda dünyasında xüsusilə payız-qış kolleksiyaları ilə öz yerini tutan “Versace” növbəti illərdə ətirləri ilə böyük uğurlar əldə edir.
“Jivanşi” – podiumlarda rəngli abu-hava
Firma 1953-cü ildə Yuber Jivanşinin məşhur Amerika kinoaktrisası Odri Xepbern ilə görüşündən sonra yaranır. Onlar ikisi birlikdə aristokratiya ilə təbii gözəlliyin stilini vəhdət olaraq təqdim edir. 50 ildən artıq bir vaxtda “Givenchy” brendi ilə 104-ə yaxın unikal ətir növü parfüm sevərlərin ixtiyarına verilib. Ətirlərin böyük assortimentini təşkil edən “Givenchy” hər bir qadına xas hissləri əks etdirir. “Amarige”, “Ysatis”, “Organza”, “Very İrresistible”, “Angeou Demon”, “Eau Demoiselle de Givenchy” ən çox tanınmış ətirlərdir. Givenchy əsl centlmenlər üçün ilk olaraq 1959-cu ildə “Monsieur de Givenchy” ətrini təqdim edib. “Gentleman”, “Xerius”, “Pi”, “Blue Label”, “Very İrresistible Pour Homme” sonrakı işlərin ən bariz nümunələridir.
Publika.Az