Bu ilin sentyabrında etibarən Bakıda Fransız liseyi fəaliyyətə başlayacaq.
Bu barədə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye, Əməkdaşlıq və Mədəniyyət Müşaviri İv Zoberman elan edib.
2013-2014 dərs ilinin sentyabr ayında Fransız Liseyi ilk dəfə şagird qəbul edəcək.
Fransız liseyi səfirliklə əməkdaşlıq edən paytaxt məktəblərinin birində müvəqqəti olaraq yerləşəcək, 2014-cü ildə isə Ağ şəhərin mərkəzindəki binasına köçəcək.
Xatırladaq ki, Bakıda fransız liseyi 2011-ci ilin dekabrında Prezident Nikola Sarkozinin Azərbaycana səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında Fransız Liseyinin yaradılması haqqında Saziş” imzalanan sənəd əsasında təsis olunub.
Elə həmin gün Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Nikola Sarkozinin iştirakı ilə fransız liseyinin təməl qoyma mərasini keçirilib.
Gün.Az