Azərbaycanda yaxın 50 ildə zəlzələ baş verəcək zonaların adı açıqlanıb.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin bu gün keçirilən iclasında Geologiya İnstitutunun geodinamika və seysmologiya şöbəsinin müdiri Fəxrəddin Qədirov bildirib ki, Azərbaycan ərazisində 427-ci ildən 2012-ci ilə qədər baş verən zəlzələlər nəticəsində 1-ci, 2-ci və 3-cü dərəcəli təhlükəli zonalar müəyyənləşib.
F. Qədirov deyib ki, Azərbaycan ərazisində Gəncə, Şamaxı, İsmayıllı, Şəki, Abşeron yarımadasının şimal tərəfində 8-9 ballıq zəlzələlər ola bilər. Bu ərazilər Azərbaycanın tarixən seysmik zonalarıdır.
F. Qədirovun sözlərinə görə, araşdırmalar nəticəsində qarşıdakı 50 ildə təhlükəli ola biləcək ərazilər də müəyyənləşib: “Bu siyahıda ilk yerdə Şamaxı, İsmayıllı, Zaqatala, Şəki, Abşeron yarımadasının şimal və cənub tərəfləri, Biləsuvar, Lənkəran dayanır”.
APA