Çingiz Abdullayevlə görüş
2.12.2011

"Ali & Nino" mağazalar şəbəkəsinin "İmza günü" çərçivəsində dünyaca məşhur detektiv ustası Çingiz Abdullayevlə görüş keçiriləcək. Tədbir dekabrın 3-də saat 15:00-da Park Bulvarda "Əli və Nino" kitab mağazasında reallaşacaq.
Abdullayev Çingiz Akif oğlu - nasir, publisist, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquq elmləri doktoru.
Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə şöhrət ordeni ilə təltif edilib.