Mayın 18-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr edilmiş “Açıq qapı” günü təşkil ediləcəkdir.
Muzeydən bildirilmişdir ki, iştirakçılara milli səhnə sənətimizin tarixində xüsusi yeri olan teatr rəssamlarının çəkdikləri rəsm əsərlərindən ibarət videoçarx nümayiş olunacaqdır.
Muzeydə çalışan gənc rəssamların əsərləri də sərgilənəcəkdir.
Axşam saatlarında açıq havada şəhər sakinlərinə muzeyin çap məhsulları nümayiş etdirəcəkdir.
AzərTac