«Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Yekaterinburq-Bakı marşrutu ilə birbaşa uçuşlar yerinə yetirəcək.
Sözügedən aviareys üzrə uçuşlara iyunun 20-dən etibarən başlanacaq: «Bakıdan uçuşlar «Airbus A-319» və «Airbus A-320» təyyarələri ilə həftədə iki dəfə – IV və VII günlər müvafiq olaraq saat 15:25-də və 23:50-də yerinə yetiriləcək. Əks istiqamətdə isə uçuşlar yerli vaxtla saat 19:15-də və 01:00-da həyata keçiriləcək».
Qeyd edək ki, hazırda Yekaterinburq-Bakı-Yekaterinburq aviareysi üzrə uçuşları həftənin IV günləri Rusiyanın «Ural Airlines» şirkəti də yerinə yetirir.
APA