Yaxın iki gündə Azərbaycan ərazisində hava yağışlı olacaq, bəzi yerlərə dolu düşəcək
16.5.2013

Yaxın iki gündə Azərbaycan ərazisində yağışlı hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, mayın 17-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq, mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 16-21 dərəcə isti olacaq.

Bakıda və Abşeron yarımadasında mayın 18-də dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək, havanın arabir tutulacağı, arabir yağan yağışın günün ikinci yarısında kəsiləcəyi gözlənilir. Havanın temperaturu gecə 10-15, gündüz 17-22 dərəcə olacaq.

Azərbaycanın bölgələrində şimşək çaxacaq, arabir yağış yağacaq.Yağışın bəzi yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 18-23 dərəcə, dağlarda gecə 4-9, gündüz 11-16 dərəcə isti olacaq.

Mayın 18-də Azərbaycanın bölgələrində əsasən gecə və axşam şimşək çaxacaq, yağış leysan xarakterli olacaq. Havanın temperaturu gecə 10-15, gündüz 19-24 dərəcə, dağlarda gecə 9-4, gündüz 11-16 dərəcə isti olacaq.

Trend