Günəş salatı
17.5.2013

GoMap.az oxucularına "Günəş salatı"nın reseptini təqdim edirik.
Ərzaqlar:

2 əd. toyuğun döş əti
200 q koreya üsulu yerkökü
150 q bərk pendir
5 bişmiş yumurta
duz
istiot
mayonez
Bəzək üçün: qara zeytun, çerri pomidoru, göyərti
Yumurtanı və toyuğu bişirin. Toyuğu xırdalayın, buludun dibinə döşəyin, üzərinə mayonez çəkin. Üzərinə koreya üsulu yerkökü çəkin. Pendiri sürtgəcin xırda gözündən keçirib üzərinə səpin, mayonez çəkin.
Yumurtaların ağını sürtgəcdən keçirib üstünə səpin, üzərinə mayonez çəkin. Üzərini zövqünüzə görə əzilmiş yumurta sarısı, zeytun, göyərti və pomidorla bəzəyin.
Nuş olsun!

qadinlar.biz